Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda dəhşətli qəza: cəsədləri xilasedicilər çıxardılar

© Sputnik / Murad OrujovBakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb
Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb olunublar

BAKI, 4 avgust — Sputnik. Dünən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 20-cı km-də "Qazel" markalı yük avtomobili "Mercedes" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "Qazel" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü İsmixanov Etibar Rizvan oğlunun və 1999-cu il təvəllüdlü İsmixanov Araz Etibar oğlunun cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:38-də başa çatıb.

Xəbər lenti
0