14:00 13 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Sınıq Körpü sərhəd-buraxılış məntəqəsində vəziyyət

Onlar ölkəyə buraxılmayacaqlar

© Sputnik / Hikmet Orhun
HADİSƏ
Qısa URL
11195 0 0

Dövlət Miqrasiya Xidməti qərar qəbul edib

BAKI, 3 avqust — Sputnik. 2017-ci ilin ilk yarımilliyində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə 328.159 müraciət olub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Məlumata görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 23,030 müraciət, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 15. 675 müraciət daxil olub.

İlin ilk yarımilliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 9.299 qərar qəbul edilib. Bunlardan 1212 Azərbaycan Respublikası ərazisində yaşamanın leqallaşdırılması, 5391 ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə, 2302 ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı olub.

Birinci yarımillikdə Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən 273 nəfərin ölkəyə gəlişi məhdudlaşdırılıb.  121 nəfər idə Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirib.

Əlaqədar

Yüzlərlə insan deportasiya edildi
Ərəb ölkələrindən gələn 16 nəfər deportasiya olundu
ABŞ vətəndaşları bu ölkədən deportasiya oluna bilər
Könüllü köçürülmə, yoxsa deportasiya
Teqlər:
Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası, əcnəbi, vətəndaşlığı olmayan şəxs

Əsas mövzular