Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Soyğunçu ələ keçdi

CC0 / lechenie-narkomanii / rubberКвартирный вор. Архивное фото
Квартирный вор. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Gizlicə evə girmişdi ki...

BAKI, 3 avqust — Sputnik. Mingəçevir şəhərində mənzilə girib ev sahibinin qızını bıçaqla hədələyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 2-də saat 3.00 radələrində naməlum şəxs Mingəçevir şəhərində yaşayan Etibar Mehdiyevin evinə pəncərədən girib.

Qarət məqsədilə axtarış apararkən səs-küyə ev sahibinin qızı Sənəm oyanıb. Həmin şəxs qızı bıçaqla hədələyib, oradan mobil telefon aparıb.

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Elman Qurbanov tutulub.

Xəbər lenti
0