11:09 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
67 0 0

Araşdırma özəl müəssisədə təhlükəsizlik qaydalarına necə əməl olunduğunu ortaya çıxaracaq

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 2 avgust — Sputnik. Dünən axşam saatlarında Şabran rayonunun Dəvəçi kənd sakini Çingiz Bəxtiyar oğlu Nəzərovu elektrik cərəyanı vurub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 29 yaşlı Çingiz Nəzərov rayonun Gəndob kəndində yerləşən "Hikmət aqro" MMC-yə məxsus taxta sexində fəhlə işləyirmiş. Həmin sexin elektrik lampasını dəyişərkən onu cərəyan vurub. Nəzərov hadisə yerindəcə dünyasını dəyişib.

Mərhum Çingiz Nəzərov subay idi və yaxın zamanlarda ailə quracaqdı. Hadisə yerinə Şabran Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları gəliblər. Şabran Rayon Prokurorluğunda araşdırma başlanılıb. Aparılacaq araşdırma özəl müəssisədə təhlükəsizlik qaydalarına necə əməl olunduğunu ortaya çıxaracaq.

Əlaqədar

Daha bir elektrik ağacdan yıxılıb
Elektrik 8 nəfərin həyatına son qoydu
Şirkət əməkdaşı qəzalı elektrik dirəyi ilə birlikdə yıxılaraq ölüb
30 min voltluq elektrik vurmasından ölməyən adama siz də baxın
Teqlər:
prokurorluq, polis, "Hikmət aqro" MMC, Çingiz Bəxtiyar oğlu Nəzərov, Dəvəçi kəndi, Şabran rayonu

Əsas mövzular