00:30 15 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
550 0 0

Üstü 2016-cı ildə açılan dəhşətli faktın arxasından elə gizlinlər ortaya çıxdı ki...

BAKI, 1 avgust — Sputnik. Ukrayna vətəndaşını uzun illər kölə kimi saxlayan və istismar edən dörd nəfərlik qrupun üzvləri barəsində, yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılacaq. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xarici vətəndaşın əməyinin istismar olunması faktı 2016-cı ilin aprelində Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkara çıxarılıb. 17 il əvvəl Azərbaycana gəlmiş Dnepropetrovsk vilayətinin vətəndaşı (istintaq maraqlarına görə adını yazmırıq) Abşeron rayonu, Bilgəh qəsəbəsindəki "Lahıc bağları" massivi ərazisində yerləşən xüsusi fermer təsərrüfatında tapılıb. Polislər onu taparkən, bərbad vəziyyətdə olub: arıqlayıb, danışa, baş verənləri ifadə edə bilməyib və dəhşətli dərəcədə üfunət iyi verirmiş. Onun müalicəyə ehtiyacı var imiş.

Cinayət işinin materiallarına əsasən, kişi mütəmadi olaraq işləmək üçün Azərbaycana gəlirmiş. 1999-cu ildə onunla ailəsi arasında əlaqə kəsilib. Onu kirayələyən şəxslər ukraynalının sənədlərini, şəxsiyyət vəsiqəsini əlindən alıblar, özünü pis qidalandırıblar, tez-tez döyüblər və fermada heyvanlara (donuzlara) baxmağa məcbur ediblər.

Qışda kişi soyuq su ilə çimməyə vadar edilib. Beləliklə, xarici vətəndaş nökərə çevrilib. Onun asılı vəziyyətindən istifadə edən sahibkarlar, onu istismar etmək üçün əldən-ələ veriblər.

2012-ci ildə Ukraynada onu xəbərsiz itkin düşmüş hesab ediblər və qeydiyyatdan çıxarıblar. Zərərçəkmişin yaxınlarını tapmaq mümkün olmayıb. Bu barədə RİA Novosti Ukrayna məlumat verib.

Hazırda traffikinq qurbanı Azərbaycandadır. Reabilitasiya kursundan sonra o, özünü qənaətbəxş hiss edir.

Ukraynanın özündə isə insan alveri halları ilk dəfə deyil ki, baş verir. 2017-ci ilin ilk yarım ilində polis insan alveri ilə bağlı 150-dək cinayətin üstünü açıb. Bu isə 2016-cı illə müqayisədə iki dəfə çoxdur. Son 5 ildə insan alverindən 398 nəfər zərər çəkib ki, onların da 161-i qadın, 197-si kişi, 40-ı isə uşaqdır. Bu rəqəmləri Ukraynanın Sosial Siyasət Nazirliyi açıqlayıb.

Bununla yanaşı, qeyd edək ki, bu işlə əlaqədar məhkəmə prosesi başa çatmaq üzrədir. Artıq dövlət ittihamçısı Ukrayna vətəndaşını kölə edən qrupun bütün üzvlərinə qarşı 9 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası istəyib.

Ukrayna vətəndaşına lazımi tibbi və psixoloji yardım göstərilib. O, insan alveri qurbanları üçün olan dövlət sığınacağına yerləşdirilib. Artıq Ukraynanın Azərbaycandakı səfirliyi onun üçün pasport düzəldib və məhkəmə prosesi yekunlaşandan sonra o, öz ölkəsinə göndəriləcək.

Əlaqədar

"Suriyalı miqrantların Avropaya daşınması köləliyin müasir formasıdır"
Əlbir olub şirkət rəhbəri bank sədri ilə: müdhiş cinayətin tarixçəsi
Azərbaycanda olimpiya çempionu barəsində cinayət işi başlandı
DTX bankı qarət edən cinayətkar qrupu zərərsizləşdirib
Piyadanın ölümünə səbəb olan şəxsin digər cinayətdə iştirakı barədə rəsmi məlumat
Teqlər:
əməyinin istismarı, Ukrayna vətəndaşı, kölə, Daxili İşlər Nazirliyi, qrup, polis

Əsas mövzular