19:42 31 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
98 0 0

Respublika Baş Prokurorluğu və DİN Hacıqabulda baş vermiş dəhşətli hadisə ilə bağlı birgə məlumat yayıb

BAKI, 31 iyul — Sputnik. Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi (DİN) Hacıqabulda baş vermiş dəhşətli hadisə ilə bağlı birgə məlumat yayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, məlumatda bildirilib ki, iyulun 31-də saat 06 radələrində Hacıqabul şəhər sakinləri Nazim, Gülbadam, Bibilə və Namiq Qənbərovların yaşadıqları evdə odlu silahla qətlə yetirilmələri, ailənin digər üzvü Məmməd Qənbərovun isə ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olması və Mübariz Mehtiyevin odlu silahdan atəş açaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan cinayətin aləti olan ov tüfəngi və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib

İlkin araşdırmalarla əvvəllər məhkum olunmuş M.Mehtiyevin şəxsi münasibətlər zəminində M.Qənbərovdan qisas almaq niyyətilə onun yaşadığı evə gələrək qoşalüləli ov tüfəngindən atəş açaraq sonuncunu qəsdən öldürməyə cəhd etməsi və ailə üzvlərini qəsdən öldürməsi, sonra isə özünə atəş açaraq intihar etməsi müəyyənləşdirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Əlaqədar

Hacıqabulda silahlı insident oldu, bir ailənin 5 üzvü öldü
Hacıqabulda "Chevrolet" yandı
Hacıqabulda dəhşət: 8 adam 1 nəfəri döyə-döyə öldürdü
Hacıqabulda güclü yanğın oldu, Eldar şamları yanaraq məhv oldular

Əsas mövzular