Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda intihar həyəcanı

CC0 / rebcenter-moscow / suicideintihar damdan tullanma
intihar damdan tullanma - Sputnik Azərbaycan
Abunə olmaq
FHN-ə bir nəfərin intihar etmək istədiyi barədə məlumat daxil olub

BAKI, 26 iyul — Sputnik. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin yaşadığı ikimərtəbəli binanın 2-ci mərtəbəsindəki mənzilin pəncərəsinə intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:09-da başa çatıb.

Xəbər lenti
0