Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hamamda çimən uşağı cərəyan vuraraq öldürüb

© Sputnik / Anar MustafayevЭлектрический столб
Электрический столб - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 26 iyul — Sputnik. Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, Biləcəri qəsəbəsindəki yaşayş evlərindən birində 2010-cu il təvəllüdlü Hüsenyov Paşa Hafiz oğlu hamam otağında duş alarkən onu qəfildən cərəyan vurub.

Uşaq ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbləri araşdırılır.

Xəbər lenti
0