Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Övladlar boşandı, qudalar dalaşdı

Abunə olmaq
Övladları boşanan qudalar məhkəmənin qarşısında dalaşıb, oğlanın atası qızın anasını döyüb

BAKI, 25 iyul — Sputnik. Gəncə şəhər Kəpəz rayon məhkəməsinin qarşısında dava düşüb.

“Report”un məlumatına görə, övladları boşanan qudalar arasında yaranan mübahisə davaya çevrilib.

Nəticədə oğlanın atası qızın anasını döyüb. Xəsarət alan Gəncə şəhər sakini 1964-cü il təvəllüdlü Əzizova Mənzərə Ramazan qızı üz və baş nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0