Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəki sakininə itlər hücum etdi

© pixabay / PublicDomainPicturesБешеная собака, фото из архива
Бешеная собака, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Abdulla Şamilova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Şəki şəhəri Dodu Xanlar küçəsi ev 13 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Abdulla Mehman oğlu Şamilov it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Məlum olub ki, küçədə sahibsiz it Abdulla Şamilova hücum edərək onu sağ ayağın baldır hissəsindən və sol əlin ikinci barmağından dişləyib.

Abdulla Şamilova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Qeyd edək ki, analoji hadisələr Şəkidə tez-tez baş verir. Sakinlərin dediklərinə görə, ərazidə olan evlərin ətrafında sahibsiz itlər məskən salıb. Onlar gecə-gündüz ulaşırlar. Bununla əlaqədar sakinlər uşaqlarını sərbəst buraxmağa ehtiyat edirlər.

Xəbər lenti
0