Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tovuzda ağır yol qəzası olub, ölən və yaralananlar var

© Sputnik / STRQəzaya düşmüş avtomobil. Arxiv şəkli
Qəzaya düşmüş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə rayonun Eyyublu kəndi ərazisində baş verib

BAKI, 24 iyul — Sputnik. Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Eyyublu kəndi ərazisində baş verib.

"Report"un məlumatına görə, Gəncə şəhər sakini Aytəkin İsrail oğlu Cəfərov idarə etdiyi "Ford" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək qəza törədib.

Nəticədə avtomobildə olan sərnişin — sürücünün həyat yoldaşı 1967-ci il təvəllüdlü Sevda Tapdıq qızı Həsənova hadisə yerində ölüb. Avtomobilin sürücüsü A.Cəfərov və digər sərnişinlər — 1995-cü il təvəllüdlü Gülnar Elsevər qızı Cəfərova, 1997-ci il təvəllüdlü Maniya Elsevər qızı Cəfərova  və 2012-ci il təvəllüdlü  Rəsul Elsevər oğlu Cəfərov ağır bədən xəsarətləri alıblar.

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəbər lenti
0