04:07 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
HADİSƏ
Qısa URL
52 0 0

Rusiyada baş verən yanğında beş nəfərlik azərbaycanlı ailəsi yanaraq ölüb

BAKI, 24 iyul — Sputnik. Rusiyanın Krasnoyarsk diyarının Suxobuzimsk rayonunda yanaraq ölən azərbaycanlı ailə üzvlərinin kimliyi məlum olub.

Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətindən APA-ya verilən məlumata görə, ailənin başçısı Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü İlyasov Vüqar Tahir oğlu, onun ailə üzvləri — 2007-ci il təvəllüdlü İlyasov Həsən Vüqar oğlu, 2011-ci il təvəllüdlü İlyasov Ümid Vüqar oğlu, 2014-cü il təvəllüdlü İlyasov Fərid Vüqar oğlu və 2016-cı il təvəllüdlü İlyasova Xədicə Vüqar qızı yanğının qurbanı olub, 2004-cü il təvəllüdlü İlyasov Hüseyn Vüqar oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Yanğın baş verən vaxt ana evdə olmayıb.

Onların meyitləri sabah Azərbaycana göndərilərək Şəmkir rayonunda dəfn olunacaq.

İlkin ehtimala görə, yanğın sobadan düşən alovdan baş verib.

Əlaqədar

Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü
Dəhşətli yanğında 4 uşaq həlak oldu
Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın olub
Yenə penoplast üzlük, yenə yanğın
Bakıda yanğın: əraziyə yanğınsöndürən briqadalar cəlb edilib
Teqlər:
Yanğın, İlyasova Xədicə, Krasnoyarsk diyarı, Şəmkir rayonu, Rusiya, Azərbaycan

Əsas mövzular