01:07 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
461 0 0

Binanın dam örtüyü tamamilə yanaraq sıradan çıxıb

BAKI, 24 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, Bakıda yaşayış binasında yanğın baş verib. Hadisə Yasamal rayonu İnşaatçılar prospekti 44 ünvanında qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Sputnik Azərbaycan-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 7 mərtəbəli binanın, 240 kvmetrlik dam örtüyü tamamilə yanaraq sıradan çıxıb. İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.

  • Yasamal rayonu İnşaatçılar prospekti 44 ünvanında yaşayış binasında yanğın baş verib
    Yasamal rayonu İnşaatçılar prospekti 44 ünvanında yaşayış binasında yanğın baş verib
    © Sputnik / Irade JELIL

  • FHN-nin Yasamal rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşları
    FHN-nin Yasamal rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşları
    © Sputnik / Irade JELIL
  • FHN-nin Yasamal rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşları
    FHN-nin Yasamal rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşları
    © Sputnik / Irade JELIL
  • FHN-nin Yasamal rayon dövlət yanğından mühafizə hissəsinin avtomobili
    FHN-nin Yasamal rayon dövlət yanğından mühafizə hissəsinin avtomobili
    © Sputnik / Irade JELIL
1 / 7
© Sputnik / Irade JELIL
Yasamal rayonu İnşaatçılar prospekti 44 ünvanında yaşayış binasında yanğın baş verib

Hələlik bilinən odur ki, yanğın nəticəsində həyatını itirən və xəsarət alan yoxdur. Mənzillərə ciddi ziyan dəyməyib. Sakinlər yanğın başlayar-başlamaz həyətə düşüblər, eyni zamanda Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər.

Hazırda yanğın söndürülüb və yanğının vurduğu ziyan müəyyənləşdirildikdən sonra ictimaiyyətə məlumat veriləcək.

Əlaqədar

Bakıda yaşayış binası yanır
Dəhşətli yanğında 4 uşaq həlak oldu
Yenə penoplast üzlük, yenə yanğın
Bakıda universitet yanır
Teqlər:
İnşaatçılar prospekti, yaşayış binası, Yasamal rayonu, Bakı, yanğın

Əsas mövzular