Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağır qəzada xəsarət alan azyaşlılar Bakıya göndərildilər

CC0 / Gellinger / crushПопавший в ДТП автомобиль. Архивное фото
Попавший в ДТП автомобиль. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Mercedes" markalı maşınının aşması nəticəsində 6 nəfər xəsarət alıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Şabran rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 1-ci km-də baş verib.

"Mercedes" markalı maşınının aşması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz, Şabran Mərkəzi Rayon xəstəxanalarına və Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alanlar bunlardır:

1993-cü il təvəllüdlü Şirəliyeva Günel Ramiz qızı (vəziyyəti ağırdır)

1964-cü il təvəllüdlü Quliyev Ramiz Əli oğlu (vəziyyəti orta ağırdır)

1972-ci il təvəllüdlü Quliyeva Fatma Abbas qızı (vəziyyəti orta ağırdır)

2008-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Mina Ramiz qızı (Sağ dirsəyin qapalı sınığı bədənin çox saylı sıyrıntıları)

2014-cü il təvəllüdlü Şirəliyev Babək Elçin oğluna çoxsaylı sınıq, qapalı kəllə-beyin travması və ənsə nahiyəsinin əziyi

diaqnozu qoyulub. Onun kiçik qardaşı 2015-ci il təvəllüdlü Şirəliyev Əli Elçin oğlunun isə bud sümüyü sınıb.

Qardaşlar artıq Bakı şəhərinə göndəriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Xəbər lenti
0