Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

FHN universitetdəki yanğınla bağlı məlumat yaydı

© Sputnik / Anar MustafayevFövqəladə Hallar Nazirliyi
Fövqəladə Hallar Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
FHN: Azərbaycan Kooperasiya Universitetindəki yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur

BAKI, 22 iyul — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Kooperasiya Universitetində baş verən yanğın barədə məlumat yayıb.

Sputnik Azərbaycan nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, ilkin məlumata əsasən Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır.

FHN-dən bildirilib ki, hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur.

Məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Xəbər lenti
0