21:24 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
HADİSƏ
Qısa URL
52 0 0

Baş verənlər "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" kinokomediyasını ağla gətirir

BAKI, 22 iyul — Sputnik. Bakıda qəribə hadisə baş verib. Bu hadisə Eldar Ryazanovun sevimli "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" kinokomediyasını xatırladır.

Filmdə Rusiyada aslanın altında ölmüş mühacirə aid gizlədilmiş zinət əşyaları axtarılır, Bakıda isə içində zinət əşyaları gizlədilmiş "oyuncaq ayı".

Həm polis, həm də sakin şəhərdə içərisinə 4 min manat dəyərində qızıl-zinət əşyaları gizlədilmiş oyuncaq ayını axtarır.

Bu barədə Sputnik Azərbaycan-a daxili işlər orqanlarından məlumat verilib. 

Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Emil Xudayev müraciət edib. Cavan oğlan bildirib ki, iyulun 19-da saat 18:45-də onun anası, 1962-ci il təvəllüdlü Diana Vəliyeva 3 nömrəli marşrut avtobusuna minib və Mərdanov qardaşları küçəsindəki 109 nömrəli binanın qabağında düşüb.

Vəliyeva 4 min manat dəyərində qızıl-zinət əşyalarını gizlətdiyi oyuncaq ayını da özü ilə götürübmüş. Qadın oyuncağı avtobusda unudub. Əvvəlcə şikayətçilər ayını əlavə yardım olmadan tapmağa çalışıblar. Onlar həmin avtobusun sürücüsünə və hətta bir neçə sərnişinə müraciət ediblər. Sərnişinlər oyuncağı balaca bir oğlanın əlində gördüklərini deyiblər. Yəqin ki, oğlan oyuncağı özü ilə evlərinə aparıb.

Polisdən bildiriblər ki, hazırda onlar bahalı oyuncağı tapmaq üçün hərəkətə keçiblər. Asayiş keşikçiləri güman edirlər ki, ayının yeni sahibləri hələ də onun içində nə olduğunu bilmirlər. Ola bilsin, oğlan oyuncağı küçədə yerə atıb.

Bu arada "BakuBus" şirkəti dünən 3 saylı marşrut avtobusunda Diana Vəliyeva adlı sərnişinin içində qızıl əşyalar olan oyuncağını itirməsi hadisəsi ilə bağlı açıqlama verib. Şirkətin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Lent.az-a bildirib ki, şirkət olaraq "BakuBus" avtobusunun salonunda itirilmiş əşyalara görə cavabdehlik daşımırlar: 

"Bu, salonda quraşdırılmış lövhədə də göstərilib. Ancaq biz sərnişinlərimizin məmnuniyyətini qazanmaq üçün itirilmiş əşyaları aşkar edərkən onlara təhvil veririk. Hətta bununla bağlı qaynar xətt proqramında əlavə bölmə də yaradılıb. Ancaq təəssüf ki, bəzən avtobusda unudulan əşyaların digər sərnişinlərimiz tərəfindən götürülməsi hallarına da rast gəlmək olur. Bu zaman biz əşyasını itirən sərnişinə polisə müraciət etməsini tövsiyyə edirik. Polis orqanlarından daxil olan rəsmi sorğu əsasında əşyanın itirildiyi və ya digər sərnişin tərəfindən götürülməsi təxmin edilən vaxtın görüntüləri çıxarılaraq polis orqanlarına göndərilir. Bundan sonra isə artıq hüquq-mühafizə orqanları hadisəni araşdırıb qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirirlər".

M.Piriyev əlavə edib ki, qeyd olunmuş hadisə ilə bağlı onlara hələ ki, rəsmi sorğu daxil olmayıb. Rəsmi müraciət daxil olarsa, məlumatlar və videogörüntülər polis orqanlarına təhvil veriləcək.

Əlaqədar

Başına torba keçirilərək oğurlanan biznesmen olub-bitənləri anlatdı
Televiziyadan oğurluq edən nəhayət ki, ələ keçdi
İcra Hakimiyyətinin qarşısında oğurluq baş verib
Şabran sakinindən kuryoz oğurluq
Teqlər:
Nəsimi rayon Polis İdarəsi, Diana Vəliyeva, Emil Xudayev, Eldar Ryazanov, Mansur Piriyev, Rusiya, Bakı

Əsas mövzular