Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda çoxlu zəlzələ qeydə alınıb: kəmiyyət keyfiyyətə keçəcəkmi?

© AP Photo / Wally SantanaSeysmoqramma, arxiv şəkli
Seysmoqramma, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Zəlzələ ocağı dərində olduğu üçün çox da hiss olunmur

BAKI, 21 iyul — Sputnik. Dünən gecə saatlarında Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. Məlumata görə, zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib. Zəlzələ yer səthindən 10 km dərinlikdə baş verib. Türkiyənin Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib.

Sputnik Azərbaycan ölkəmiz üçün zəlzələ təhlükəsini araşdırıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, Türkiyədə və Yunanıstanda baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur və olmayacaq: "Türkiyə kimi, Azərbaycan da seysmik baxımından aktiv ərazidə yerləşir. Bu bölgələrdə zəlzələlərin baş verməsi qaçılmazdır. Amma zəlzələlərin yeri və vaxtı barədə dəqiq proqnoz vermək mümkün deyil. Azərbaycanın struktur baxımından Türkiyə ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan seysmik cəhətdən aktiv olan digər ərazidə, Alp-Himalay qırışıqlığında yerləşir. Yəni sabah bizdə hər hansı bir zəlzələ baş verərsə, bunun da Türkiyə ərazisinə təsiri olmayacaq. Qeyd edim ki, Azərbaycanda gün ərzində çox sayda təkanlar qeydə alınır. Sadəcə zəlzələ ocağı dərində olduğu üçün çox da hiss olunmur".

Xəbər lenti
0