Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ticarət Mərkəzi yandı

© Sputnik / Ramil Ibrahimov"Bərdə" Ticarət Mərkəzində yanğın baş verib
Bərdə Ticarət Mərkəzində yanğın baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda yanğın nəticsində mağaza sahiblərinə dəyən ziyanın miqdarı müəyyənləşdirilir

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Bərdə şəhərindəki "Bərdə" Ticarət Mərkəzində yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında baş verən yanğın qısa müddət ərzində 12 mağazanı bürüyüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bərdə Yanğından Mühafiz Hissəsinin yanğınsöndürən briqadaları cəlb olunub. Alov söndürülüb və yanğının digər ticarət obyektlərinə keçməsinin qarşısı alınıb.

© Sputnik / Ramil Ibrahimov"Bərdə" Ticarət Mərkəzində yanğın baş verib
Bərdə Ticarət Mərkəzində yanğın baş verib - Sputnik Azərbaycan
"Bərdə" Ticarət Mərkəzində yanğın baş verib

Yanğın nəticəsində mağazalarda olan elektrik avadanlıqlar, geyim və ərzaq mallarına ziyan dəyib. İlkin ehtimala görə, yanğına mağazalardan birinin elektrik təsərrüfatındakı nasazlıq səbəb olub.

Ümumilikdə 600 m2 sahə yanıb. Yanğın nəticsində ölən və xəsarət alan olmayıb. Hazırda yanğın nəticsində mağaza sahiblərinə dəyən ziyanın miqdarı müəyyənləşdirilir.

Xəbər lenti
0