05:41 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Taksi, arxiv şəkli

Sərnişin sürücünü aldadaraq avtomobili qaçırdı

© Sputnik / Anar Mustafayev
HADİSƏ
Qısa URL
31 0 0

Bakı şəhər sakini sürücünü aldadaraq sərnişin kimi əyləşdiyi avtomobili qaçırıb

BAKI, 19 iyul — Sputnik. Ötən gecə Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi"nə Qobustan qəsəbəsi ərazisində avtomobili qaçırılması barədə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə gələn Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarından ibarət əməliyyat qrupu müvafiq araşdırmalar aparıblar.

Məlum olub ki, saat 1.00 radələrində Nəsimi rayonu ərazisində Balakən rayon sakini Elçin Dəmirovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs Qobustan qəsəbəsinə gedəcəyini bildirib. Qəsəbə ərazisinə çatanda həmin şəxs ona pul verməli olan bir nəfərin başqa bir avtomobildə gözlədiyini deyib, içkili olduğundan özünün düşə bilməyəcəyini, sürücüdən pulu həmin adamdan götürməsini xahiş edib. 

E.Dəmirov maşından düşən kimi həmin şəxs avtomobili sürərək qaçıb. Aldadıldığını və maşınının qaçırıldığını görən zərərçəkmiş polisə müraciət edib.

Əməliyyat qrupu məlumatı aidiyyatı üzrə ötürüb və maşının saxlanılması üçün təxirəsalınmaz tədbirlərə başlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Şamaxı rayonu ərazisində saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən şəxslə birgə 11-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini, Elnur Baxışov olması müəyyən edilib.

Faktla əlaqədar Qaradağ RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Əlaqədar

Bakıda yerləşən klinikada cinayət baş verib
Bakıda insanların gözü önündə film kimi cinayət
Eldar Mahmudovun barəsində cinayət işi açılır
Paytaxtda günə 3,5 cinayət baş verir
Dəhşətli olayla bağlı cinayət işi başlanıb
Teqlər:
Qaradağ Rayon Polis İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, Elnur Baxışov, Elçin Dəmirov, Qobustan qəsəbəsi, Nəsimi rayonu, Balakən rayonu

Əsas mövzular