01:54 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
HADİSƏ
Qısa URL
774402

DTX casus şəbəkəsinə qarşı əməliyyat keçirib

BAKI, 19 iyul — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində, xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycan Respublikası ərazisində casusluq yolu ilə toplanılmış məlumatları, kiçik ölçülü elektron informasiya daşıyıcılarında Azərbaycan Respublikasından çıxarmağa çalışan Muxtar Yağubov ölkəni tərk etməyə cəhd edərkən saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Dövlətə xəyanət faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə davam edən araşdırmalarla casus şəbəkəsinin Bakı şəhəri və ölkənin digər ərazilərində fəaliyyət göstərən üzvləri — Azərbaycan Respublikasının vətəndaşları Yağubov Muxtar Camal oğlu, Əhmədov Şakir Xanlar oğlu, Zeynallı Zəka Abış oğlu, Abbaszadə Səbuhi Oktay oğlu, Nuriyev Xudaşükür Məcid oğlu və Hüseynov Kəmaləddin İsaxan oğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilmiş, barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə qarşılıqlı yazışmalar və ötürülməsi nəzərdə tutulan müxtəlif xarakterli məlumatlar aşkarlanaraq ələ keçirilib, casus şəbəkəsinin xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə dövlət məmurları, ictimai xadimlərlə əlaqələr yaratmaq və digər dairələrə nüfuz etmək, Azərbaycan Respublikasının təhlükəsizlik orqanları, Silahlı Qüvvələri, ölkədə aparılan təhlükəsizlik tədbirləri barədə məxfi məlumatları toplamaq istiqamətində fəaliyyət göstərdiyi müəyyən edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

Əlaqədar

Mədət Quliyevdən mühüm casus açıqlaması
Bu prezident özünü "Putinin casusu" adlandırdı
Casusluq başında yaxalandılar
Tutulan İran casuslarının üzərindən İsrailin Bakıdakı səfirliyinin şəkilləri çıxdı
Casus printerlər evlərinizdə və iş yerlərinizdə dolaşır
Teqlər:
əks-kəşfiyyat, DTX, Dövlət Təhlükəsizliyi Xidməti, təhlükəsizlik, Azərbaycan Respublikası

Əsas mövzular