Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Vətəndaşa ciddi ziyan dəydi

Abunə olmaq
Hadisənin daha geniş ərazini əhatə etməsinin qarşısı alınıb

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Bərdədə fərdi yaşayış evində yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında rayonun H. Əliyev prospektində, Bəxtiyar Qədirova məxsus evdə qeydə alınıb.

FHN-in Bərdə yanğından mühafizə hissəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Alovun qarşısı yanğınsöndürənlər tərəfindən alınıb, 6 otaqlı evin 3 otağı yanğından mühafizə edilib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin Bərdə yanğından mühafizə hissəsindən əldə etdiyi məlumata görə, 120 m2 olan evin 60 m2 sahəsi və ev əşyalarının da bir qismi yanıb. Alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində yanıq xəsarəti alan olmayıb. İlkin ehtimala görə, yanğına evdəki elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Xəbər lenti
0