Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məlumat Səbaildən daxil oldu, işin ucu Yasamala gedib çıxdı

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla əlaqədar Səbail polisində araşdırma aparılır

BAKI, 15 iyul — Sputnik. İyulun 14-də səhər saat 8.00 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Səbail rayonunun R.Rza küçəsindən "Toyota" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət olunan zərərçəkmiş Kamran Səlimov izahatında axşam evə qayıdarkən avtomobilini park etmək üçün açarları dayanacağın gözətçisinə verdiyini deyib. Gözətçi isə maşın sahibinin açarı səhər götürməsi üçün yaxınlıqdakı mağazanın satıcısına verdiyini bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə avtomobilin Yasamal rayonu istiqamətində getdiyi müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil H.B.Zərdabi küçəsində saxlanılmış vəziyyətdə tapılıb. Bir qədər sonra maşına yaxınlaşan 2 yeniyetmə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq avtomobillə birlikdə 39-cu Polis Bölməsinə gətiriliblər.

Araşdırmalarla onların Bakı şəhər sakini R.T və Mingəçevir şəhər sakini R.Ə. olmaları müəyyən edilib. Onlar törətdikəri əməli etiraf ediblər. Müəyyən edilib ki, iyulun 14-nə keçən gecə saat 4.30 radələrində siqaret almaq üçün Səbail rayonunun R.Rza küçəsindəki mağazaya girən yeniyetmələr satıcının məşğul olmasından istifadə edərək orada olan avtomobil açarını götürüb uzaqlaşıblar və az sonra həmin avtomobili taparaq qaçırıblar.

Faktla əlaqədar Səbail RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0