14:38 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
HADİSƏ
Qısa URL
1337 0 0

Toplanmış materiallar Baş Prokurorluğa göndərilib

BAKI, 13 iyul — Sputnik. Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti araşdırma aparılıb. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, aparılan araşdırma zamanı Xətai rayonu, Əbilov küçəsi 12 ünvanında, yaşayış binasının yan tərəfindəki yaşıllıq sahəsində yaşköküstə 12-24 sm diametrliyində tut, dəfnə, zeytun, əncir cinsli 4 ədəd ağacın və 6 ədəd nar ağacının qanunsuz kəsildiyi aşkar edilib. Ağacların ərazidə tikinti aparan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlov tərəfindən kəsildiyi məlum olub.

Yaşıllıq sahəsinin yerində aparılan tikinti
© Photo : EVTSN
Yaşıllıq sahəsinin yerində aparılan tikinti

Lakin o, yaşıllıq sahəsində aparılan tikinti ilə bağlı hansısa bir sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunaraq ağac və kolların məhv edilməsinə görə ona 6600 manat məbləğində ziyan tətbiq edilib. Qanun pozuntusu ilə bağlı məsələyə hüquqi qiymət verilməsi və Z.Bədəlov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Kəsilən ağacların kötükləri
© Photo : EVTSN
Kəsilən ağacların kötükləri

Qeyd edək ki, hər hansı bir obyektin tikintisi ilə bağlı torpaq sahəsi ayıran orqan tərəfindən ərazidə yaşıllıq olub-olmaması nəzərə alınmalı, qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsinin mövqe planı ETSN ilə əvvəlcədən razılaşdırılmalıdır. Lakin bu tələbə riayət edilmədən torpaq mülkiyyətçiləri tərəfindən torpaq sahələrinin ayrılması və tikinti aparılması nəticəsində yaşıllıqların məhvinə şərait yaradılır.

Əlaqədar

Aydın Əliyev: “Bəzi “iş adamları” həyət-həyət gəzərək qiymətli ağacları kəsirlər”
İlham Əliyev ağac əkdi
221 ədəd zeytun ağacı vacibdir, yoxsa TAP?
Bakı 2017 Könüllülərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib
Teqlər:
ekoloji qanunvericilik, yoxlama, yaşıllıq, ağac

Əsas mövzular