Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Başına torba keçirilərək oğurlanan biznesmen olub-bitənləri anlatdı

CC0 / Photorama / ManРуки, фото из архива
Руки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda baş verən müdhiş cinayətin təfərrüatları məlum olub

BAKI, 13 iyul — Sputnik. Bakı sakini Ağayev Nemət Elxan oğlunun oğurlanmasının detalları məlum olub. Bu barədə Sputnik Azərbaycan-a oğurlanmış şəxsin özü danışıb.

Daha əvvəl Sputnik Azərbaycan xəbər vermişdi ki, cinayətkar dəstənin 9 üzvü iyunun 29-u saat 21:30 radələrində "Prado" və BMW markalı maşınlarla Binəqədi rayonu ərazisindəki Mehdi Hüseyn küçəsində yerləşən R-Club gecə klubunun qarşısına gələrək, Ağayevin BMW markalı, 90 FR 048 dövlət nömrə nişanlı maşınına əyləşiblər. Onun başına torba keçirərək ərazidəki insanların gözü qarşısında aparıblar.

Человек с мешком на голове, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda insanların gözü önündə film kimi cinayət

Quldurlar öz qurbanlarına fiziki zor tətbiq edərək, ondan mənzilinin açarını, iPone-7 mobil telefonunu alıblar. Sonra Ağayevin mənzilinə soxularaq oradan 38 min dollar məbləğində pul və zinət əşyaları götürüblər.

Bundan sonra onlar girovlarını Xətai rayonu Əhmədli qəsəbəsi ərazisində yerləşən "Oskar" kafesinə gətiriblər. Orada Ağayevi döyüblər. Zərərçəkmişin canı bununla da qurtarmayıb. Oğrular onu maşına oturdaraq Əlvar Məmmədovun evinə gətiriblər, burada boğazına bıçaq dirəyərək ondan daha 3350 manat tələb ediblər. Daha sonra pulu gətirmək üçün Ağayevi buraxıblar.

Zərərçəkmiş şəxs dərhal yardım üçün polisə müraciət edib. Binəqədi rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Ağayev Neymət Elxan oğlunu oğurlayan cinayətkar dəstənin dörd şübhəli üzvünü — Ramin Hüseynov, Əlvar Məmmədov, Rəşad Yusifzadə və Şimral Mustafayevi saxlayıblar. Daha 5 nəfər isə azadlıqdadır.

Hazırda onlarla bağlı AR Cinayət Məcəlləsinin 182.2.1 maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi açılıb və cinayət işinin materialları Bakı şəhər Baş Polis İdarəsinin təhqiqat şöbəsinə göndərilib.

Zərərçəkmişin sözlərinə görə, onun oğurlanmasını keçmiş biznes ortağı Rəşad Yusifzadə sifariş edib. Yusifzadə və Ağayev birlikdə beynəlxalq avtovağzalın yerləşdiyi rayonda gecə klubu təşkil ediblər. Sonra klub bağlanıb və Ağayev ortağına 3350 manat borclu qalıb. Ağayev bildirib ki, gecə klubunun avadanlıqlarını satandan sonra bu pulu qaytaracaq.

"Biz Rəşadla dost olmuşuq. O, mənim evimdə baş verən hər şeyi bilirdi. Həmin gün də bilirdi ki, mən ailə üzvlərimi rayona yola salmışam və evdə heç kəs yoxdur. Mənim onun pulunu özümdə saxlamaq niyyətim olmayıb. Bundan əlavə, mən ona başqa birgə layihə təklif etmişəm. O bilirdi ki, məndə pul var və o pula gözü düşüb" – deyə Ağayev bildirib.

Onun sözlərinə görə, həmin dəstədə Yusifzadənin sevgilisi Nərgiz də olub. O qız Ağayevin oğurlanması prosesində iştirak etməyib. Amma Ağayev əmindir ki, Yusifzadə onun zərərli təsiri altına düşüb və cinayət törədib.

Quldurlar Ağayevi oğurladıqdan sonra onu Əhmədli qəsəbəsindəki "Oskar" kafesinə gətiriblər. Mənzilinə isə onun iştirakı olmadan giriblər. Ağayevin mənzilindən 38 min dollar pulu və bahalı zinət əşyalarını götürəndən sonra "Oskar" kafesinə qayıdıblar.

Quldurlar Ağayevə deyiblər ki, onun mənzilindən götürülən pullar ərazinin "obşak"ına veriləcək və o, hələ 3 350 manat pulu da Yusifzadəyə verməlidir.

Hüquq-mühafizə orqanları pulu saxlanılan şəxslərdən geri götürüblər. Saxlanılan şəxslər qızılların oğurlanması ilə bağlı iddianı təkzib ediblər. Ağayev narahatdır ki, saxlanılan şəxslər ədalətli cəzadan yaxa qurtaracaqlar.

Xəbər lenti
0