Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Astarada gecə təlaşı

© Sputnik / Murad OrujovYanmış avtomobil, arxiv şəkli
Yanmış avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisənin daha böyük fəsadlar verməsinin qarşısı alınıb

BAKI, 10 iyul — Sputnik. Ötən gecə Astara şəhərində vətəndaşlara məxsus "Nissan" markalı minik avtomobili ilə"VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğın nəticəsində hər iki avtomobilin mühərrik hissəsi yanıb.

Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0