Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanacaqdaşıyan maşın aşdı, xəsarət alanlar var

CC0 / ulleo / TractorTraktor qəza
Traktor qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Yük maşını yolun kənarına yuvarlanıb

BAKI, 9 iyul — Sputnik. Yevlaxda yanacaqdaşıyan maşının aşması nəticəsində 2 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə rayonun Xaldan qəsəbəsində qeydə alınıb.

Xaldan–Yevlax avtomobil yolu ilə hərəkətdə olan "Kamaz" markalı yanacaqdaşıyan yük maşını idarəetməni itirərək aşıb və yolun kənarına yuvarlanıb. Nəticədə biri sürücü olmaqla iki nəfər xəsarət alıb. Hər iki şəxs xəstəxanaya çatdırılıb.

Yaralıların Şərur rayonundan olduqları bildirilir. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0