Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəza baş verdi, sürücü xəsarət aldı

© Sputnik / Ilham MustafayevQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

BAKI, 9 iyul — Sputnik. Ağsu rayonunda bir nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Ağsu şəhərində qeydə alınıb.

Rayon sakini, 1959-cu il təvəllüdlü İsmayılov Əli Şahlar oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yol kənarında dayanmış digər maşına çırpılıb. Hadisə zamanı sürücü Ə. İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xoşbəxtlikdən digər avtomobildə heç kim olmayıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Xəbər lenti
0