Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rayonun girişində ağır qəza

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralıların vəziyyəti orta ağır qiymətlənirilir

BAKI, 6 iyul — Sputnik. Bu gün saat 9.55 radələrində, Ağdaş-Xaldan yolunda, Ağdaş rayonuna çatmamış ağır yol qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, yüksək surətlə idarə olunan "Mercedes" markalı avtomobil aşıb.

Qəza zamanı 4 nəfər ağır yaralanıb. Yaralılar — 1982-ci il təvəllüdlü Həsənov Tərlan Rəfael oğlu, 1992-ci il təvəllüdlü İbadov Niyaməddin Əvəz oğlu, 1979-cu il təvəllüdlü Mustafayeva Rahibə Cəmil qızı və 1940-cı il təvəllüdlü Mustafayev Cəmil Səməd oğlu təcili yardım avtomobili ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Xəbər lenti
0