Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib

© Sputnik / Fuad HasanovMəcburi köçkün yataqxanasında yanğın
Məcburi köçkün yataqxanasında yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Mənzilin mətbəxində 1 ədəd kondisioner, televizor və divan-kreslo yanıb

BAKI, 4 iyul — Sputnik. Bakıda yaşayış binasında yanğın olub. 

Sputnik Azərbaycan-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda çox mərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 2 otaqlı mənzildə baş verib.

Nəticədə mənzilin mətbəxində 1 ədəd kondisioner, televizor və divan-kreslo yanıb. Yüksək temperaturdan  mətbəxin 1 ədəd plastik pəncərə çərçivəsi 3 m2 sahədə və hamamın lambirdən ibarət tavanı 6 m2 sahədə əriyib. Yanğın zamanı mənzillərdən 8 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.  

Xəbər lenti
0