03:21 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
HADİSƏ

"Butılka yoldaşı"nı döyə-döyə öldürdü

HADİSƏ
Qısa URL
233 0 0

İçki yoldaşını ağac çomaqla ölənə qədər döyüb

BAKI, 4 iyul — Sputnik. Nəsimi rayonunda qətl hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, ötən gün saat 23:00 radələrində Qasımov küçəsindəki 7 nömrəli binada yerləşən mənzillərdən birində, əvvəllər həbsdə olmuş, 1972-ci il təvəllüdlü Həsənov Malik Urman oğlu qətlə yetirilib. Tezliklə Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə, 1951-ci il təvəllüdlü Bakı sakini Səlimov Zakir Hüseyn oğlu gələrək təqsirini etiraf edib.

Məlum olub ki, Həsənov ağac çomaqla ölənə qədər döyülüb. İlkin araşdırmaya görə, Həsənov əyyaş həyat tərzi keçirib və aşırı dərəcədə spirtli içkilər qəbul edirmiş.

Bazar ertəsi axşam kişilər birlikdə həddindən artıq spirtli içki qəbul edərək, həmişəki kimi mübahisə etməyə başlayıblar. Nəticədə Səlimov əlinə keçən ağac çomaqla "butulka yoldaşı"nı ölənədək döyüb. Sonra da özü gəlib polisə təslim olub.

Əlaqədar

Azərbaycanlı biznesmenin müəmmalı qətli
Kirayənişinin qətli məsələsi xüsusi nəzarətə götürüldü
Dəhşətli qətlin tükürpədən təfərrüatları
Çeçenistanda döyüşmüş şəxs Moskvada qətliam törədib
Azərbaycanda gerçək qətliam törədilib - təfərrüatlar
Anasını qətlə yetirən şəxs polisə təslim oldu
Teqlər:
Səlimov Zakir Hüseyn oğlu, Həsənov Malik Urman oğlu, çomaq, Kiş, Nəsimi rayonu, qətl

Əsas mövzular