03:03 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
254310

Qusar polisi əməliyyat keçirib

BAKI, 4 iyul — Sputnik. İyunun 30-da Qusar şəhər sakini olan 89 yaşlı Zərxanım Nurullayevanın qızı, anasının banklardan birinə məxsus hesabından pulunun çıxarılaraq oğurlanması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, o, sonuncu dəfə həmin kart vasitəsilə ötən ilin avqust ayında pul çıxardıqlarını bildirib.

Məlumatla əlaqədar yaradılan əməliyyat qrupu araşdırmalara başlayıb. Polis əməkdaşları oğurluğun Z. Nurullayevanın evində kirayədə yaşayan şəxs tərəfindən törədilməsi barədə əməliyyat məlumatı əldə ediblər. Görülən tədbirlərlə zərərçəkmişin evində yaşayan kirayənişin şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Sələh-oba kənd sakini Ruslan Hacımətov olması müəyyən edilib. Polis əməkdaşlarının tutarlı dəlilləri qarşısında o, törətdiyi əməli etiraf edib.

Müəyyən edilib ki, R. Hacımətov ailəsi ilə birlikdə ev sahibəsinə kömək edəcəkləri barədə razılaşaraq, təmənnasız onun evində yaşayırmışlar. Həmin qadının hər ay təqaüd aldığını bilən Hacımətov, onun bank kartının saxlanc yerini müəyyən edərək, cari ilin fevral ayından iyun ayına qədər həmin hesabdan mütəmadi olaraq pul çıxarıb, şübhə doğurmamaq üçün isə kartı qaytarıb yerinə qoyub.

Aparılmış tədbirlərlə zərərçəkmişin ümumilikdə 2080 manatının oğurlanması müəyyən edilib. Faktla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Əlaqədar

Kürdə boğulan ikinci polisin də cəsədi tapılıb
Polis əməkdaşları suda batdılar
Polis nəfərini bıçaqladılar
Yol polisinə gizli fəaliyyət qadağan edildi
Polisin yetirmələri yenə uğur qazandılar
Teqlər:
Ruslan Hacımətov, Zərxanım Nurullayeva, Qusar şəhəri, Rayon Polis Şöbəsi, kart, pul, Daxili İşlər Nazirliyi

Əsas mövzular