Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Maşını körpünün üstündə geri döndərmək istədi, həyatını itirdi

© Sputnik / Sergey Parshukov / Mediabanka keçidSuya düşmüş avtomobil, arxiv şəkli
Suya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kuzun kənd sakini Zahid Ramazan oğlu Əzizov idarə etdiyi "Niva" markalı avtomobilini körpünün üstündə geriyə döndərmək istəyib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. Qusar rayonunda ölümlə nəticələnən ağır qəza olub.

Hadisə bu gün səhər saatlarında baş verib. Qusar rayonunun Kuzun kəndində bir ailə avtomobil qəzasına düşüb. Qəza Qusarçay çayının üzərində olan körpüdə baş verib.

Belə ki, Kuzun kənd sakini Zahid Ramazan oğlu Əzizov idarə etdiyi "Niva" markalı avtomobilini körpünün üstündə geriyə döndərmək istəyib. Bu zaman avtomobil çaya düşüb.

Sürücü Zahid Əzizov yerindəcə dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər — sürücünün həyat yoldaşı Nəzifə Əzizova və digər sərnişin Əbilşah Balamətov Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda xəstələrin vəziyyəti orta ağırdır.

Qusar rayon Polis Şöbəsində hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0