Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nazirlik əməkdaşlarını ölümcül döydülər

© Sputnik / Murad OrujovEkologiya və Təbii Sərvətlər Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Meşə mühafizəçiləri qanunvericiliyə uyğun olaraq həmin şəxslərdən qırıntının dərhal dayandırılmasını tələb etdikdə dəstə üzvləri meşə işçilərinə hücum edib

BAKI, 3 iyul — Sputnik. İyulun 1-də gecə saat 2 radələrində Lerik Meşə Mühafizəsi vəBərpası Müəssisəsinin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayının meşə gözətçisi müəssisənin direktoruna zəng edərək bir neçə şəxsin "Qaz 66" markalı avtomaşınla meşə ərazisinə daxil olduğunu bildirib. Bu barədə Sputnik Azərbaycan ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaya istinadən məlumat verir.

© Photo : ETSN-in mətbuat xidmətiETSN-in xəsarət almış əməkdaşları
ETSN-in xəsarət almış əməkdaşları - Sputnik Azərbaycan
ETSN-in xəsarət almış əməkdaşları

Məlumata əsasən, dərhal müəssisənin direktoru, meşəbəyi və digər işçilər Lerik rayonunun Kirkan kəndi ərazisində Kürdəsər meşəbəyliyinin 9 saylı dolayına yollanıb və 14 nəfərdən ibarət dəstənin moto pilə ilə ağacları kəsdiyinin şahidi olublar. Meşə mühafizəçiləri qanunvericiliyə uyğun olaraq həmin şəxslərdən qırıntının dərhal dayandırılmasını tələb etdikdə dəstə üzvləri meşə işçilərinə hücum edib. Əllərindəki küt alətlərlə müəssisənin direktoru Eyvaz Babayevə və meşə gözətçisi Adıgözəl Cavadova ağır bədən xəsarətləri yetiriblər. Nəticədə meşə gözətçisi başından ağır zərbə alıb, direktorun qolu iki yerdən sınıb. Xəsarət alanlar digər meşə işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Gözətçinin başına bir neçə yerdən tikiş qoyulub, direktorun qolu gipsə salınıb.

© Photo : ETSN-in mətbuat xidmətiETSN-in xəsarət almış əməkdaşı
ETSN-in xəsarət almış əməkdaşı - Sputnik Azərbaycan
ETSN-in xəsarət almış əməkdaşı

Məlum olub ki, meşə işçilərinə, xidməti vəzifələrini yerinə yetirərkən ağır bədən xəsarətləri yetirənlərin hamısı Lənkəran rayonunun köhnə Kirgan kəndinin sakinləridir. Bu şəxslər dəfələrlə qəsdən ETSN-yə meşə işçilərindən şikayət edərək onları şantajla təzyiq altında saxlamaq və bununla meşədə öz qanunsuz qırıntılarına göz yumulmasına şərait yaradılmasına nail olmaq istəmişlər.

Qeyd edək ki, meşələrin mühafizəsi zamanı meşə işçiləri ayrı-ayrı şəxslərin ciddi müqavimətləri ilə tez-tez üzləşirlər. Onlar meşələri, yaşıllıqları min bir əziyyətlə qoruyurlar. Vicdanlı meşəçilər meşələri bütün varlığı ilə qoruyurlar, kimin buna vicdanı çatmırsa tez bir zamanda vəzifəsindən uzaqlaşdırılır.

Xəbər lenti
0