Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gözəllik kraliçasının ölümü canlı olaraq yayımlandı

© Photo : vk.comSofiya Magerko
Sofiya Magerko - Sputnik Azərbaycan
Abunə olmaq
Ukraynada təşkil edilən yarışmada gözəllik kraliçası seçilən Sofiya Magerko keçirdiyi qəza nəticəsində həyatını itirib

BAKI, 1 iyul — Sputnik. Ukraynada iki gənc qız baş verən qəzada həyatını itirib. Gənc qızlardan birinin öz şəhərində gözəllik kraliçası olduğu və ölmədən əvvəl sosial şəbəkə hesabından qəza anında canlı yayın etdiyi ortaya çıxıb.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Ukraynada Sofiya Magerko (16) və Daşa Medvedeva (24) adlı qızlar yüksək miqdarda spirt qəbul ediblər. Daha sonra onlar maşını yüksək sürətlə idarə ediblər. BMW markalı avtomobil ilə yoldakı bir küçə lampasına dəyən Magerko və Medvedeva həyatınlarını itiriblər.

Hadisə sosial şəbəkədə böyük əks-səda yaradıb, faktla bağlı istintaq başlayıb.


Xəbər lenti
0