Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Pakistanda baş verən faciədə ölənlərin sayı 200-ə yaxınlaşır

© REUTERS / STRBahavalpur şəhəri yaxınlığında tankerin aşaraq yanmasından sonra ortaya çıxan mənzərə
Bahavalpur şəhəri yaxınlığında tankerin aşaraq yanmasından sonra ortaya çıxan mənzərə - Sputnik Azərbaycan
Abunə olmaq
Pakistanda 25 iyunda baş verən neft tankerinin aşaraq yanması nəticəsində həyatını itirənlərin sayı 190-a çatıb

BAKI, 1 iyul — Sputnik. Pakistanda 25 iyunda baş verən neft tankerinin aşaraq yanması nəticəsində həyatını itirənlərin sayı 190-a çatıb.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, səlahiyyətlilər Bahavalpur şəhəri yaxınlığında 25 iyunda baş verən qəzada ağır yaralanan daha 16 nəfərin həyatını itirdiyini, ölü sayısının 190-a çatdığını bildiriblər.

Yaralıların çoxunun vəziyyətinin kritik olmasına görə ölü sayısının arta biləcəyi ilə bağlı narahatlıq var.

Ətraf kəndlərdən çoxlu sayda adam aşan tankerdən sızan neftdən götürə bilmək üçün axın etmiş, tankerin yanmağa başlaması nəticəsində alovlar içində qalmışdılar. Şahidlər yanğının kəndlilərdən birinin siqaretini yandırmasıyla başladığını demişdilər.

Yanğınsöndürmə qruplarının səyləri nəticəsində nəzarət altına alınan yanğında 6 avtomobil və 12 motosiklet də istifadə olunmaz hala gəlmişdi.

Xəbər lenti
0