Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İdmançını öldürən şəxs tutuldu

© Sputnik / STRBakı şəhər Prokurorluğu
Bakı şəhər Prokurorluğu - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda idmançı qadını avtomobillə vuraraq öldürən sürücü tutulub

BAKI, 29 iyun — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu idmançı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Bakı şəhər Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu iyunun 28-də idarə etdiyi, özünə məxsus BMW markalı, AZ90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. 

Reyhan Məmmədova - Sputnik Azərbaycan
HADİSƏ
Bakıdakı faciəli hadisənin videosu yayıldı

Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, R. Məmmədova dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə Azərbaycan çempionudur.

Xəbər lenti
0