Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıdakı faciəli hadisənin videosu yayıldı

© Photo : PUBLIC DOMAINReyhan Məmmədova
Reyhan Məmmədova - Sputnik Azərbaycan
Abunə olmaq
Xanım idmançının həlak olduğu qəzanın anbaan görüntüləri yayılıb

BAKI, 29 iyun — Sputnik. Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölümünü əks etdirən video yayılıb. Hadisə şahidinin Missiya.Az-a göndərdiyi videoda Reyhan Məmmədova iti ilə yolu keçərkən sürətlə gələn avtomobil tərəfindən vurulur.

Reyhan Məmmədova - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlı idmançı faciəli şəkildə öldü

Sürücü bir neçə dəqiqə şok vəziyyətində avtomobildə oturub. Daha sonra avtomobildən düşərək qıza kömək etməyə gəlib. Hadisə dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində — SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında piyada keçidinin üzərində baş verib. Video ərazidə yerləşən obyektlərdən birinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Şahidlərin sözlərinə görə, yolda piyada keçidinin olmasına aid nişan keçidə çox yaxın qoyulduğu üçün burada tez-tez qəzalar baş verir.

Qeyd edək ki, R. Məmmədova 2015-2016-ı illərdə qayayadırmanma idman növü üzrə ölkə çempionu olub. Eyni zamanda bir çox ölkədaxili yarışlarda qaliblər sırasında yer alıb.

Xəbər lenti
0