Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Avtomobilin yanması nəticəsində ölənlərin sayı 152-yə çatıb

© AFP 2023 / RIZWAN TABASSUMКарета скорой помощи в Пакистане, фото из архива
Карета скорой помощи в Пакистане, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Pakistanda yanacaq daşıyan avtomobilin yanması nəticəsində ölənlərin sayı 152-yə çatıb

BAKI, 26 iyun — Sputnik. Pakistanın Pəncab əyalətində yanacaq daşıyan avtomobilin yanması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb.

110 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib.

Hadisə iyunun 25-i, səhər saatlarında yanacaq daşıyan yük maşının aşmasından sonra qeydə alınıb. Yerli sakinlər maşının çənindən yanacaq yığmaq istəyərkən güclü yanğın başlayıb. İnsident nəticəsində ətrafda onlarla avtomobil yanıb.  İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb atılan siqaret kötüyü olub.

Xəbər lenti
0