Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Terrorçuların əsas maliyyə mənbəyi məhv edildi

© Sputnik / Иван Руднев / Mediabanka keçidOSA zenit-raket kompleksi
OSA zenit-raket kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Favvaz Məhəmməd Cübeyr ər-Raui məhv edilib

BAKI, 23 iyun — Sputnik. Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən İŞİD terror qruplaşmasının əsas maliyyəçilərindən biri Favvaz Məhəmməd Cübeyr ər-Raui məhv edilib.

APA-nın verdiyi xəbərə görə, bu barədə koalisiya qüvvələri komandanlığının bəyanatında bildirilir.

Məlumata əsasən, Cübeyr ər-Raui iyunun 16-da hava zərbəsi nəticəsində öldürülüb. Onun terror aktlarının törədilməsi üçün milyonlarla dollar pul köçürdüyü, terrorçuların vəsaitlərinin digər ölkələrə ötürdüyü, xaricdən pul aldığı bildirilir.

Qeyd edək ki, 2016-cı ilin dekabrında ABŞ Maliyyə nazirliyi ər-Rauiyə qarşı sanksiya tətbiq etmişdi.

Xəbər lenti
0