Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Balakəndə daha bir narkotik bitkiləri əkib becərən şəxs tutulub

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 iyun — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Tədbir nəticəsində rayonun Qullar kənd sakini, 1970-ci il təvəllüdlü Bayram Şəmsəddin oğlu Əmraliyevə məxsus  həyətyanı sahədə yarımçıq tikilidə 10 ədəd müxtəlif formada olan  qablarda kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən ümumi sayı 126 ədəd  narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin kolları  aşkarlanaraq götürülüb. Bayram Əmraliyev narkotik bitkilərə xas olan spesifik iydən yaxınlıqda yaşayan qonşuları yayındırmaq üçün iribuynuzlu mal-qaranın iylənmiş baş və ayaqlarından istifadə edib. Götürülmüş vəsait maddi sübut kimi istintaqa təhvil verilib

Qeyd edək ki, analoji vəziyyət rayonun  Qazma və Mahamalar kəndində də hökm sürür. Son zamanlar sözügedən rayonda narkotiklərin qanunsuz istehsalı və dövriyyəsi ilə bağlı aşkarlanmış faktların sayı artmaqdadır

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Xəbər lenti
0