13:40 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
527611

"Məsciddən qovulan vəhhabilər onu camaatla birgə yandırmağa cəhd ediblər"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 23 iyun — Sputnik. Bu gün yerli vaxtla saat 13:00 radələrində Şabran şəhəri ərazisində, "Stansiya" adlanan ərazidə yerləşən məscidin həyətində yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Şabranda baş vermiş yanğın, təxminən 3 hektara yaxın ərazini əhatə edib.

Hadisə nəticəsində məscidin həyətindəki meyvə ağacları yanaraq məhv olub. Yanğın yaşayış binasına keçməyə 10 metr qalmış söndürülüb. Hadisənin başvermə səbəbi ilə bağlı rayon sakinlərinin müxtəlif versiyaları var.

Yanğın təxminən 3 hektara yaxın ərazini əhatə edib
© Sputnik / Leyla Abdullayeva
Yanğın təxminən 3 hektara yaxın ərazini əhatə edib

Kimi yanğının atılmış siqaret kötüyündən baş verdiyini, kimisi isə, vəhhabilər tərəfindən törədildiyini iddia edir. İkinci versiyaya səbəb kimi, vəhhabilərin həmin məsciddən qovulduqları göstərilir.

Qeyd edək ki, sözügedən məscid şəxsi mülkdür. Vəhhabi cərəyanından (sələfilər) olan insanların bir neçə il əvvəl orda namaz qıldıqları, lakin sonra rayon camaatı tərəfindən məsciddən qovulduqları bildirilir.

Yanğın yerli vaxtla saat 13:00 radələrində baş verib
© Sputnik / Leyla Abdullayeva
Yanğın yerli vaxtla saat 13:00 radələrində baş verib

"Vəhhabilər əvvəllər bu məsciddə namaz qılırdılar. Bu isə rayon sakinlərinin ciddi narazılığına səbəb olurdu. Nəticədə onlar məsciddən qovuldular" — deyə, adının çəkilməsini istəməyən Şabran sakini müxbirimizə bildirib.

"Lakin onlar dəfələrlə camaatı bu məscidlə birlikdə yandıracaqları ilə hədələmişdilər. Hazırda məscid fəaliyyət göstərmir. Amma vəhhabilər öz qisaslarını almaq üçün yandıra bilərlər" – sakin vurğulayıb.

Şabran rayonunda yerləşən məscidin həyətində yanğın
© Sputnik / Leyla Abdullayeva
Şabran rayonunda yerləşən məscidin həyətində yanğın

Yanğın bir neçə dəqiqə öncə Fövqəladə Hallar Nazirliyinin Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Hazırda yanğınsöndürənlər yanğının baş vermə səbəbini dəqiqləşdirirlər.

Məsələ ilə bağlı müraciət etdiyimiz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən rəsmi sorğu göndərməyimiz xahiş olundu. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdimiz isə baş tutmadı.

Şabran rayon Polis İdarəsindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, yanğınla bağlı məlumat həqiqəti əks etdirmir: "Sözügedən ərazidəki fermada bir neçə ağac yanıb. Məscid isə yanğından zərər çəkməyib".

"Yerli sakinlərin məscidin radikal islamçılar tərəfindən yandırıla biləcəyi barədə versiyasına gəlincə, bu, həqiqəti əks etdirmir" — deyə polisdən bildiriblər.

Polisin məlumatına görə, rayonda ictimai təhlükəsizliyi təhdid edə biləcək radikal islamçılar yoxdur: "Kriminogen vəziyyət isə tamamilə nəzarət altındadır".

Əlaqədar

ABŞ-da məscidə gedən müsəlman qızı öldürdülər
Azərbaycanın məscidsiz kəndində namaza qeyri-adi çağırış
Məscid çökdü, ölənlər var
Şeyxülislam "Hacı Cavad" məscidi barədə maraqlı açıqlama verib
“Hacı Cavad” məscidi tarixi abidə deyil"
"İlahiyyat" məscidinin təmsilçisi: "İnsanlığını nə qədər itirəsən ki, Allah evini sökəsən"
Suriyadakı məscid qətliamının əsl səbəbkarı bilindi
Teqlər:
vəhhabi, Şabran rayonu, sakin, məscid, yanğın

Əsas mövzular