14:24 12 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8757
narkotik

Müəllim qeyri-pedaqoji yolla pul qazanmaq istərkən həbs olundu

man161.ru
HADİSƏ
Qısa URL
827 0 0

Qarmon müəllimi marixuananı şəxsi istifadəsi üçün yolun kənarından yığdığını qeyd edib

BAKI, 23 iyun — Sputnik. Daşkəsəndə narkotik vasitə olan marixuana satmaq istəyən musiqi müəllimi saxlanılıb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1967-ci il təvəllüdlü rayon sakini Fikrət Bəhramov evinin yaxınlığında saxlanılıb. Onun üzərinə baxış zamanı cibindən bir kibrit qutusu və 4 bükümdə narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. F. Bəhramov marixuananı şəxsi istifadəsi üçün yolun kənarından yığdığını qeyd edib. Aparılmış əməliyyat tədbirləri zamanı məlum olub ki, F. Bəhramov marixuananı həmyerlisi Daşqın Əliyevə satmaq istəyib.

F. Bəhramov rayonda olan musiqi məktəbində qarmon müəllimi işləyir.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Əlaqədar

Şəkidə polis əşya oğrularını yaxaladı
Oğru avtobusda elə bir vəziyyətə düşdü ki!
Oğrulara qarşı irimiqyaslı əməliyyat: 70-dən çox adam saxlanılıb
"Qanuni oğru"lar arasında böyük müharibə başlayır
Teqlər:
qarmon müəllimi, marixuana, Daşkəsən Rayon Polis Şöbəsi, Fikrət Bəhramov, Daşqın Əliyev, Daşkəsən

Əsas mövzular