Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Həyətdə oynayan 10 yaşlı uşağı zorladılar

© pixabay / SkitterphotoДевочка во дворе дома, фото из архива
Девочка во дворе дома, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qaradağ rayonunun Sahil qəsəbəsində azyaşlıya qarşı cinsi zorakılıq törədilib

BAKI, 21 iyun — Sputnik. Qaradağ rayonunda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlı qızı zorlayan şəxs saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Saxlanılan şəxs — Sahil qəsəbəsinin 1988-ci il təvəllüdlü sakini Teymur Məmmədova (ad və soyad etik səbəblərdən dəyişdirilib) qarşı AR Cinayət Məcəlləsinin 150.4 maddəsi ilə cinayət işi açılıb.

Məlumata görə, rayonun 38-ci polis bölməsinə qəsəbənin 73 yaşlı sakini müraciət edib. O bildirib ki, evin həyətində oynayan 10 yaşlı nəvəsinə qarşı seksual xarakterli zorakılıq törədilib.

Lakin zərərçəkmiş cinayətin kim tərəfindən törədildiyini bilməyib. Əməliyyatçılar özləri şübhəli şəxsi müəyyən edərək saxlayıblar. Hazırda faktla bağlı araşdırma davam edir.

Xəbər lenti
0