Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Narkotik becərən keçmiş məhkum həbs edilib

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidДикорастущая конопля. Архивное фото
Дикорастущая конопля. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Bu işə görə iki dəfə məhkumluq həyatı yaşayıb, amma əl çəkmir ki, çəkmir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri hüquq-mühafizə orqanlarına istinadla xəbər verir ki, tədbir nəticəsində rayonun Qazma kənd sakini, 1965-ci il təvəllüdlü Adil Şamil oğlu Şindiyevin yaşadığı evin həyətyanı sahəsindəki istixanalardan və həyətin müxtəlif hissələrindən kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən küllü miqdarda narkotik tərkibli bitki aşkarlanıb.

Həmin çətənə bitkisinin kolları, həmçinin həyətyanı sahədə qurudulmaq üçün sərilmiş 17 kq 260 qram marixuana aşkarlanaraq götürülüb.

Adil Şindiyevin yaşadığı evdən də 36 qram qurudulmuş marixuana götürülüb. Əməliyyat zamanı götürülmüş vəsaitlər maddi sübut kimi istintaqa təhvil verilib.

Balakən rayon məhkəməsinin qərarı ilə Adil Şindiyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Məlumatda bildirilir ki, Adil Şindiyev əvvəllər ölümə qəsdə və narkotik tərkibli bitkilərin becərməsinə görə, ümumilikdə 8 il 6 ay olmaqla iki dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Xəbər lenti
0