Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Buğanın buynuzu ağ ciyərinə girdi

© AFP 2023 / IROZ GAIZKA İspaniyalı matador İvan Fandino, arxiv şəkli
İspaniyalı matador İvan Fandino, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Matador bədənin sağ tərəfindən 15 sm dərinliyində buynuz zərbəsi alıb

BAKI, 19 iyun — Sputnik. İspaniyalı matador İvan Fandino aldığı buynuz zərbəsindən dünyasını dəyişib.

Sputnik Azərbaycan türk mətbuatına istinadla xəbər verir ki, İvan Fandino Fransanın cənubunda Aire-Sure-Ladour arenasında keçirilən korrida zamanı aldığı boyun zərbəsindən ölüb. Məlumata görə, matador bədənin sağ tərəfindən 15 sm dərinliyində buynuz zərbəsi alıb. Matadorun ağ ciyəri və digər həyati orqanları ciddi zədələnib. Həkimlər onun həyatını qurtara bilməyib.

Xatırladaq ki, Fandino 2005-ci ildən matador kimi dünyanın bir çox arenalarında korridalara qatılıb. Fabdinonun ölümü ilə əlaqədar İspaniya kral ailəsi, İspaniya hökuməti və çox sayda matador sosial şəbəkə vasitəsilə başsağlığı verib.

Xəbər lenti
0