11:54 20 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Экстренные службы на месте теракта в Лондоне

Londonda daha bir terror aktı baş verdi

© REUTERS / Hannah McKay
HADİSƏ
Qısa URL
71 0 0

Londonda sürücü avtomobili piyadaların üstünə sürüb, ölən və yaralananlar var

BAKI, 19 iyun — Sputnik. Londonda miniven tipli avtomobil piyadaları vurub, xəsarət alanlar var. İlkin məlumata əsasən, hadisə məscid yaxınlığında, insanlar namazdan çıxarkən baş verib. Maşının qəsdən insanların üzərinə sürüldüyü ehtimalı var. "Daily Mail" azı 8 nəfərin xəsarət aldığını, bir nəfərin isə öldüyünü bildirir.

“Sky News” telekanalının hadisə şahidlərinə istinadən xəbərinə görə, insident zamanı avtomobildə 3 nəfər olub. Onlardan biri polis tərəfindən yaxalanıb, daha ikisi hadisə yerindən qaçıb.

Piyadaları vuran maşından düşən şəxs bıçaqla azı bir nəfərə xəsarət yetirib.

Əsas mövzular