Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıdan rayona gedib kafedə dava saldılar

© pixabay / PavlofoxYumruq, arxiv şəkli
Yumruq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Göygöldə kafelərdən birində kütləvi dava baş verib, xəsarət alanlar var

BAKI, 16 iyun — Sputnik. Göygöl rayonunda kütləvi dava baş verib.

"Report" xəbər verir ki, hadisə Gəncə-Şəmkir şossesində, Gəncə Beynəlxalq Hava Limanının yaxınlığında kafelərdən birində qeydə alınıb.

Belə ki, Bakıdan Şəmkirə gedən iki nəfər — 1982-ci il təvəllüdlü Yusif Ələkbər oğlu Rəhimov və onun dostu, 1983-cü il təvəllüdlü Zülfüqar Abbas oğlu Əliyevlə kafedəki naməlum şəxslər arasında mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə onların hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Onların hər ikisi Şəmkir rayon sakinidir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0