Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan vətəndaşlarının qəzaya düşməsinin iki versiyası var: rəsmi

© Photo : Kalmıkiya Respublikası üzrə RF DİN-in mətbuat xidmətiRusiyanın Kalmıkiya respublikasının Çernozemelsk rayonu ərazisində qəzaya uğramış avtobus
Rusiyanın Kalmıkiya respublikasının Çernozemelsk rayonu ərazisində qəzaya uğramış avtobus - Sputnik Azərbaycan
Abunə olmaq
Komsomolskaya qəsəbəsinin yaxınlığında Nijni Novqoroddan Bakıya gedən avtobus aşıb. Nəticədə 16 sərnişindən 11-i yaralanıb. Yaralananların arasında uşaqlar da var

BAKI, 16 iyun — Sputnik. Rusiyanın Kalmıkiya respublikasının Çernozemelsk rayonu ərazisində avtoqəzaya uğramış Azərbaycan vətəndaşları yüngül xəsarətlər alıblar. Bu barədə Sputnik Azərbaycan-a Kalmıkiya Respublikasının Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, yerli vaxtla 14:45-də respublika əhəmiyyətli "Komsomolskiy — Artezian" avtoyolunda, Komsomolskaya qəsəbəsinin yaxınlığında Nijni Novqoroddan Bakıya gedən avtobus aşıb. Nəticədə 16 sərnişindən 11-i yaralanıb. Yaralananların arasında uşaqlar da var. Daha öncə əldə olunmuş məlumata görə, xəsarət alanların 7-si uşaqdır.

Hadisə yerondə yol müfəttişləri işləyirlər.

Kalmıkiya Respublikası başçısının mətbuat katibi Buyançi Qalzanovun sözlərinə görə, ilkin versiyaya əsasən, qəza sürücünün sükan arxasında yuxulaması, yaxud avtobusun həddindən artıq yüklü olması səbəbindən baş verib. 

"Məlumata əsasən, qəzada 11 nəfər xəsarət alıb. Bildiyim qədər onların həyatına təhlükə yoxdur.Çernozemelsk rayonu Mərkəzi xəstəxanasının həkimləri onlara ixtisaslı yardım göstəriblər" — Qalzanov bildiri.

Xəbər lenti
0