Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

DİN və DTX birgə əməliyyat keçirib

© AFP 2023 / NICOLAS MAETERLINCK Antiterror əməliyyatı. Arxiv şəkli
Antiterror əməliyyatı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın güc strukturları birgə əməliyyat keçirib

BAKI, 16 iyun — Sputnik. Cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək banklardan birindəki hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q. Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti
0