Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Polis nəfərini bıçaqladılar

CC BY 2.0 / Lucia Sanchez / KnifeНож, фото из архива
Нож, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polis əməkdaşı qarın boşluğunun kəsilmiş-cırılmış yarası, bağırsaqların eventrasiyası diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib

BAKI, 15 iyun — Sputnik. Qusar rayonunda polis serjantı bıçaqlanıb.

APA-nın məlumatına görə, Qusar rayon Polis Şöbəsinin Həzrə polis bölməsinin serjantı, 1981-ci il təvəllüdlü Qayıtmazov Həmidulla Müzafəddin oğlu yaşadığı Cibir kəndində həmkəndlisi, 1974-cü il təvəllüdlü Məcidov Zakir Mirzəbəy oğlunu bıçaqlayıb.

Polis əməkdaşı qarın boşluğunun kəsilmiş-cırılmış yarası, bağırsaqların eventrasiyası diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0